Maskın şirkəti öz uğurunu sərgilədi: Düşüncə gücü ilə şahmat oynadı - VİDEO

12:55 - 21 Mart 2024

Maskın şirkəti öz uğurunu sərgilədi: Düşüncə gücü ilə şahmat oynadı - VİDEO

Məşhur iş adamı, sahibkar İlon Maskın “Neuralink” neyrotexnologiya şirkətinin beyninə implant yerləşdirdiyi ilk xəstə düşüncə gücündən istifadə edərək şahmat oynayıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər şirkətin “X” hesabında canlı yayımlanıb.

 

29 yaşlı Nolan Arbo öz həyat hekayəsini danışıb və təxminən səkkiz il əvvəl baş vermiş bədbəxt hadisə nəticəsində iflic olduğunu, çiyinlərindən aşağı hissiyyatını itirdiyini bildirib. İndi isə implant sayəsində o, öz notbukunun ekranında düşüncə gücü ilə şahmat taxtasında kursoru hərəkət etdirə və fiqurların yerini dəyişə bilir.

“Bu, hələ tam mükəmməl olmasa da, artıq həyatımı yaxşılaşdırıb”, - deyə o qeyd edib.

Xatırladaq ki, “Neuralink” yanvarın 28-də insan beyninə implant quraşdırılması üzrə ilk əməliyyat keçirib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin