ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

13:26 - 21 Mart 2024

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

ABŞ öz vətəndaşlarının Haitidən təxliyəsinə başlayır.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Martın 20-dən etibarən ABŞ hökuməti öz vətəndaşlarının Haitidən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Santo Dominqoya, Dominikan Respublikasına çarter reysləri təşkil edirik. ABŞ hökumətinin nümayəndələri konsulluq yardımı göstərmək üçün oradadırlar", - Patel deyib.

Bu günə qədər təxminən 1,6 min amerikalı Haitidən təxliyə üçün hökumətə müraciət edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin