Daha bir Dünya Kuboku Bakıda keçirilə bilər

20:30 - 21 Mart 2024

Daha bir Dünya Kuboku Bakıda keçirilə bilər

Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə Madriddə Dünya Triatlonu təşkilatının prezidenti Marisol Casado və baş katibi Antonio Arimany ilə görüşüb.

 

ATF-dən Manset.az-a bildirilib ki, görüşdə Azərbaycanda triatlonun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi ilə bağlı razılıq əldə edilib. Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon üzrə Dünya Kubokunun Bakıda təşkil edilməsi olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin