Dünyanın ən xoşbəxt və ən bədbəxt ÖLKƏLƏRİ - SİYAHI

01:02 - 22 Mart 2024

Dünyanın ən xoşbəxt və ən bədbəxt ÖLKƏLƏRİ - SİYAHI

Finlandiya ardıcıl yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi olub. 

 

Manset.az Sfera.az-a istinadən  xəbər verir ki, Dünya Xoşbəxtlik Hesabatının müəllifləri belə qənaətə gəliblər.

Finlandiya ilə yanaşı, sosioloqlar Danimarka və İslandiyanı ən xoşbəxt ölkələr kimi tanıyıb. Bu ölkələr müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Ən xoşbəxt ölkələrin ilk onluğuna həmçinin İsveç, İsrail, Hollandiya, Norveç, Lüksemburq, İsveçrə və Avstraliya daxildir. Müəlliflərin fikrincə, bu siyahı pandemiyadan bəri demək olar ki, dəyişməz qalıb.

Ən bədbəxt ölkə kimi Əfqanıstan, üçüncü yerdə isə Livan, Lesoto, Syerra Leone və Konqo Demokratik Respublikası qərarlaşıb.

Hesabatın müəllifləri müxtəlif ölkələrdə xoşbəxtlik səviyyəsini müəyyən etmək üçün altı əsas amildən istifadə edirlər: sosial dəstək, gəlir, sağlamlıq, azadlıq, səxavət və korrupsiyanın olmaması. Sosioloqların fikrincə, dövlətlər sosial siyasətləri tənzimləmək üçün tez-tez tədqiqat nəticələrinə qulaq asırlar. Hesabatın dərci martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə təsadüf edib. Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən bəri hər il dərc olunur.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin