Millimiz İngiltərəyə böyük hesabla məğlub oldu

19:00 - 22 Mart 2024

Millimiz İngiltərəyə böyük hesabla məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv F qrupunda İngiltərə ilə qarşılaşıb. “Azərsun Arena”da keçirilən görüşdə Azərbaycan millisi 1:5 hesabı ilə uduzub

Qeyd edək ki, U-21 millisi martın 26-da hazırda qrupun lideri olan Ukraynanı qəbul edəcək.

Əlavə edək ki, İngiltərə yığması 15 xalla (6 oyun)  qrupda 2-ci, 3 xalı (5 oyun) olan Azərbaycan millisi isə sonuncu - 6-cıdır. Turnir cədvəlinə 15 xalla (5 oyun) Ukrayna başçılıq edir.

22 mart

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

16:00. Azərbaycan U-21– İngiltərə U-21 - 1:5 

Qol: Harvi Elliot, 25 (0:1), Noni Madueke, 29 (0:2),  Harvud-Bellis, 53 (0:3), Harvi Elliot, 67 (0:4), Ramin Nəsirli, 85 (1:4), Arçi Qrey, 88 (1:5)

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)

Bakı, “Azərsun Arena”


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin