Atışma baş verən binada PARTLAYIŞ

22:38 - 22 Mart 2024

Atışma baş verən binada PARTLAYIŞ

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” konsert zalında silahlı insidentlə yanaşı yanğın başlayıb.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, hadisə yerində partlayış səsləri eşidilib.

Binanın üçdə biri yanğına qərq olub hadisə yerinə əlavə yanğınsöndürənlər göndərilib. “İzvestiya” hadisə şahidinə istinadən xəbər verir ki, yanğın nəticəsində bəzi insanlar ikinci mərtəbədə sıxışıb qalıb.

Yanğın sahəsi 3 min kvadratmetrə qədər ola bilər. Yanğınsöndürənlər binanın zirzəmisindən 100-ə yaxın insanı təxliyə ediblər, damda bir neçə nəfər kömək gözləyir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin