Moskvada bütün tədbirlər LƏĞV EDİLDİ

23:00 - 22 Mart 2024

Moskvada bütün tədbirlər LƏĞV EDİLDİ

Rusiyanın paytaxtı Moskvada 23-24 mart tarixlərinə planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edilib. 

 

Manset.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin.

Qərar bu gün "Crocus City Hall"da baş verən atışmadan sonra verilib.

“Mən bu həftə sonu Moskvada bütün idman, mədəni və digər kütləvi tədbirləri ləğv etmək qərarına gəldim. Sizdən xahiş edirəm ki, bu tədbirə anlayışla yanaşasınız”, – Sobyanin "Telegram"da yazıb .

İlkin məlumatlara görə, beş adam "Crocus City Hall"dakı konsert zalına hücum edib. Rəsmilər ölənlərin və yaralıların olduğunu bildirib, onların dəqiq sayı məlum deyil.

Binada yanğın başlayıb və partlayış səsləri eşidilib. Moskva hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin