ABŞ-dən Rusiyadakı qanlı hadisəyə reaksiya - Ərazidə əməliyyat başladı

23:10 - 22 Mart 2024

ABŞ-dən Rusiyadakı qanlı hadisəyə reaksiya - Ərazidə əməliyyat başladı

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş verən insidentə münasibət bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.

O, ABŞ hakimiyyətinin Ukraynanın əli olması barədə heç bir məlumatı olmadığını bildirib.

“Hazırda atışmada Ukraynanın və ya ukraynalıların iştirakına dair heç bir sübut yoxdur", - Kirbi deyib.

"Reuters" agentliyi bildirib ki, Ağ Ev Rusiyada baş vermiş silahlı hücumla əlaqədar rəsmi Moskvaya başsağlığı verib.

İlkin məlumatlara görə, beş adam "Crocus City Hall"dakı konsert zalına hücum edib. Rəsmilər ölənlərin və yaralıların olduğunu bildirib, dəqiq say məlum deyil. Binada yanğın başlayıb və partlayış səsləri eşidilib.

Yerli kanallar bildirir ki, hadisə nəticəsində 40 nəfər ölüb, yüzdən çox insan yaralanıb.

“Shot” teleqram kanalı bildirir ki, güc strukturları əraziyə basqın həyata keçirirlər. Xüsusi təyinatlıların artıq üçüncü qrupu binaya daxil olub. Binada girovların olması istisna edilmir. Hadisəni törətmiş şəxslərdən dördü hadisə yerindən qaça bilib.

Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin