Əsədov Mişustinə başsağlığı verdi

10:30 - 23 Mart 2024

Əsədov Mişustinə başsağlığı verdi

Azərbaycanın Baş naziri Əli Əsədov dünən Moskvada törədilən terror aktında çoxsaylı insan itkisi ilə əlaqədar Rusiya hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib.

 

Manset.az xəbər verir ki, başsağlığı məktubunda Əli Əsədov “Crocus City Hall”da törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərin onu dərindən kədərləndirdiyini qeyd edib.

Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıb.

 


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin