“Neftçi” - “Spartak” oyunu ləğv olundu

17:07 - 23 Mart 2024

“Neftçi” - “Spartak” oyunu ləğv olundu

Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

 

Manset.az xəbər verir ki, bu barədə “Neftçi” PFK məlumat yayıb.

Bildirilir ki, buna səbəb Moskvada dünən baş vermiş terror aktı və nəticədə çox sayda insanın həlak olmasıdır.

Klubdan həmçinin oyunun satılmış biletlərinin qaytarılacağı bildirilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin