Haaland "Barselona"ya gəlir? - Laportadan REAKSİYA

21:47 - 23 Mart 2024

Haaland

"Barselona"nın prezidenti Joan Laporta "Mançester Siti"nin hücumçusu Erlinq Haalandın mümkün transferinə münasibət bildirib.

 

Manset.az Lent.az-a mediaya istinadla xəbər verir ki, klub rəhbəri böyük transfelərə ehtiyac olmadığını deyib:

“Böyük transferlərə ehtiyac yoxdur. Bəzi dəyişikliklər olacaq, lakin onlar böyük deyil. Prioritetimiz hazırkı komandaya güvənməkdir. Harmoniyamıza mane ola biləcək oyunçulara ehtiyacımız yoxdur”.

Yanvarda jurnalist Fransua Qallardo bildirib ki, norveçli forvard 2024-cü ilin yayında “Barselona”ya keçə bilər.

Haaland bu mövsüm "Mançester Siti"nin heyətində 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalı forvardın dəyərini 180 milyon avro qiymətləndirir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin