Xavyer Miley Prezident İlham Əliyevi təbrik etdi

21:58 - 23 Mart 2024

Xavyer Miley Prezident İlham Əliyevi təbrik etdi

Argentina Respublikasının Prezidenti Xavyer Miley Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, məktdubda deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu yaxınlarda ölkələrimizin xarici işlər nazirləri arasında ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən olduqca məhsuldar telefon danışığının baş tutması məni çox məmnun etmişdir.

Əlaqələrimizin özülünü təşkil edən dostluq və hörmət prinsiplərinə əsaslanaraq, ölkələrimizin rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığımızı və iqtisadi əlaqələrimizi gücləndirmək məqsədilə səylə işləməkdə davam edəcəyimi bir daha vurğulamaq istəyirəm.

Sizə yeni prezidentlik dönəminizdə bir daha ən səmimi təbriklərimi çatdırır və fürsətdən istifadə edərək, dərin hörmət və ehtiramımı ifadə edirəm".


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin