İndoneziya sahillərində 5,3 maqnitudalı zəlzələ oldu

00:20 - 24 Mart 2024

İndoneziya sahillərində 5,3 maqnitudalı zəlzələ oldu

İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii hadisənin episentri təxminən 70 min nəfər əhalisi olan Paqar Alam şəhərindən 83 km cənub-qərbdə, zəlzələ ocağı 61 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan olunmayıb.

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin