Almaniya ölkədə İŞİD təhlükəsi barədə xəbərdarlıq etdi

09:35 - 24 Mart 2024

Almaniya ölkədə İŞİD təhlükəsi barədə xəbərdarlıq etdi

Almaniyanın federal daxili işlər naziri Nensi Fazer ölkənin İŞİD tərəfindən böyük təhlükə ilə üzləşdiyini bildirib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə nazir “Süddeutschen Zeitung” qəzetinə müsahibəsində deyib.

Fazer aydınlaşdırıb ki, söhbət İŞİD terrorçu qruplaşmasının regional qolu - Xorasandan gedir. Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.

Qeyd edək ki, Qərb ölkələri “İslam Dövləti-Xorasan” qruplaşmasını “Crocus City Hall”da baş verən terroru törətməkdə şübhəli bilirlər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin