Günəşdə güclü partlayışdan sonra alimlərdən ciddi xəbərdarlıq - FOTO

11:00 - 24 Mart 2024

Günəşdə güclü partlayışdan sonra alimlərdən ciddi xəbərdarlıq - FOTO

Günəşdə güclü partlayışlar baş verib. Yer üzündə maqnit qasırğaları riski yüksəkdir.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası xəbər verib.

Bildirilir ki, bu gün Moskva vaxtı ilə səhər saat 5-də (Bakı vaxtı ilə saat 6-da - red.) Günəşdə “X” dərəcəli (ən yüksək) partlayış qeydə alınıb. Bakı vaxtı ilə səhər saat 08:20-yə olan məlumata görə, partlayış halları hələ də müşahidə olunur.

Alimlər əlavə ediblər ki, yaxın vaxtlarda kosmosun Yerə yaxın hissəsində radiasiya vəziyyəti kəskin şəkildə dəyişəcək. Onlar Günəşdən ağır hissəciklərin gələcəyi ehtimalını vurğulayıblar. Ekspertlər bunun kosmik gəmilərə təsir edəcəyini qeyd ediblər.

“Yerin maqnit sahəsinə daha çox təsir edən və sürətindən asılı olaraq maqnit fırtınalarına səbəb olan plazma buludları bazar günü axşam və ya bazar ertəsi səhər saatlarında Yerin orbitinə yaxınlaşacaq”, - deyə qurumdan xəbərdarlıq edilib.



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin