Avropa İttifaqı ölkələri Ukraynaya qoşun göndərə bilərlər

14:47 - 24 Mart 2024

Avropa İttifaqı ölkələri Ukraynaya qoşun göndərə bilərlər

“Avropa İttifaqının və bir çox icma ölkələrinin liderləri Ukraynadakı münaqişəni şəxsi məsələyə çevirərək hərbi psixozun əsiridir və bunun nəticəsi Qərb qoşunlarının ora göndərilməsi ola bilər”.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasına açıqlamasında bildirib.

Onun fikrincə, Avropada siyasətçilər sağlam düşüncəni itirməyə başlayır, dünyanın səsi zəifləyir, Avropanın siyasi liderlərinin əksəriyyəti müharibə psixozundan əziyyət çəkir:

“Onlar müharibə dilində danışır və elə düşünürlər ki, elə bil özləri müharibədədirlər. Açıq-aşkar Rusiya ilə Ukrayna arasındakı müharibəni şəxsi məsələyə çevirməyə başlayıblar və artıq sağlam düşüncədən istifadə edərək qərar qəbul edə bilmirlər. Bu, Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı bəyanatlarla nəticələnə bilər”.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin