“Zirə” yeni futbolçu ilə anlaşdı

18:12 - 24 Mart 2024

“Zirə” yeni futbolçu ilə anlaşdı

“Zirə” yeni futbolçu ilə anlaşıb.

 

Paytaxt təmsilçisindən Manset.az-a verilən məlumata görə, komanda Araz Abdullayevi heyətinə qatıb.

31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Yarımmüdafiəçi ilə sözləşmənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin