Moskvadakı terror: 137 ölü, 180 yaralı - YENİLƏNDİ

20:20 - 24 Mart 2024

Moskvadakı terror: 137 ölü, 180 yaralı - YENİLƏNDİ

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.

 

Manset.az  xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyinin yenilənmiş siyahısından bəlli olub.

 Siyahıya əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.

 Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlamışdı. Ölü sayının artacağı istisna edilmir. Hadisə yerində dağıntıların ayırd edilməsi davam etdirilir.

 ***18:39

 Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi bildirib.

 “Meyitlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. Hadisə yerinin istintaqı davam etdirilir. İndiyədək kimi 62 meyitin kimliyi müəyyən edilib”, – qurumun açıqlayıb.

 Eyni zamanda, “RİA Novosti” konsert zalındakı dağıntıların ayırd edilməsi zamanı hələ də meyitlərin aşkarlandığını bildirib. Ölənlərin sayının artması istisna edilmir.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin