İlin ilk Ay tutulması başlayıb

09:02 - 25 Mart 2024

İlin ilk Ay tutulması başlayıb

Bu ilin ilk Ay tutulması başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib. 

Verilən məlumata görə, Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq.

Tutulmanın maksimumu saat 11:13-də olacaq. Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür. Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin