Məktəbə hücum oldu - Şagird və direktor yaralandı

16:21 - 26 Mart 2024

Məktəbə hücum oldu - Şagird və direktor yaralandı

Məktəbə hücum Yunanıstanın Patisia rayonunda baş verib.

 

Manset.az News24.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın ictimai televiziyası ERT məlumat yayıb.

“Bu gün səhər saat 8-dən sonra Patisia bölgəsindəki orta məktəbdə ciddi insident baş verib. Polisin məlumatına görə, şagirdlərdən birinin qardaşı olan əcnəbi vətəndaş məktəbə çəkiclə daxil olaraq 19 yaşlı gənc şagirdi yaralayıb, çəkiclə onun başına və bədəninə vurub, daha sonra isə məktəb direktorunu mədəsindən  bıçaqlayıb.”, - ERT xəbər verir.

Məlumatda xəsarətlərin ciddi olmadığı, lakin hər iki zərərçəkənin ilkin tibbi yardım üçün xəstəxanaya aparıldığı bildirilir.

Polis hücum edən şəxsi saxlayıb. İlkin məlumata görə, o, qardaşını vuran məktəbliyə hücum edib.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin