Azərbaycanın U-21 millisi növbəti dəfə məğlub oldu

18:04 - 26 Mart 2024

Azərbaycanın U-21 millisi növbəti dəfə məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Manset.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.

"Qarabağ Arena"da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 3:0. Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.

U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin