"Qaraçı" filminin ulduzu VƏFAT ETDİ - FOTO

23:36 - 26 Mart 2024

“Qaraçı” və “Budulayın qayıdışı” filmlərində rol alan aktrisa Sonya Timofeyeva 79 yaşında vəfat edib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Andrey Malaxov məlumat verib .

Onun sözlərinə görə, martın 14-də dünyasını dəyişən aktrisa ilə ən son ünsiyyətdə olan şəxs o olub. O qeyd edib ki, son səyahətində onu yalnız üç nəfər müşayiət edib.

Sofiya Timofeyeva 1944-cü ildə köçəri qaraçı ailəsində anadan olub. 14 yaşında qastrolda olan qaraçı teatrının truppasına qatılıb.

“Qaraçı” və “Budulayın qayıdışı” filmlərində də bütün qaraçı mahnılarını ifa edib.



Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin