Sumqayıtda "Prius” aşdı: Yaralılar var - FOTOLAR

08:41 - 27 Mart 2024

Sumqayıtda

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az Report-a istinadən verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, “Khazar” markalı avtomobillə toqquşan “Toyota Prius” markalı nəqliyyat vasitəsi öncə yol nişanına dəyib, daha sonra ağaca çırpılaraq aşıb.

Qəza zamanı “Toyota Prius”un sürücüsü Murad İmanov və onun sərnişini (şəxsiyyəti dəqiqləşdirilir) müxtəlif bədən xəsarətləri alıblar.

Onlar dərhal xəstəxanaya çatdırılıblar. Murad İmanovun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzada yol infrastrukturuna ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin