Nəhəng gəmi körpüyə çırpıldı: Maşınlar suya düşdü - VİDEO

09:57 - 27 Mart 2024

Nəhəng gəmi körpüyə çırpıldı: Maşınlar suya düşdü - VİDEO

ABŞ-ın Merilend ştatında Frensis Skott Key körpüsünə Sinqapur bayrağı altında üzən “Dali” konteyner gəmisi çırpılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzadan sonra körpü dağılıb, gəmidə isə yanğın baş verib. 

Merilend Nəqliyyat Təşkilatından verilən açıqlamada Frensis Skott Key körpüsünə gedən bütün yolların hər iki istiqamətdə nəqliyyata bağlandığı bildirilib.

Səlahiyyətlilər, axtarış-xilasetmə qruplarının suya düşdüyü güman edilən 7 nəfəri xilas etmək üçün səylərini davam etdirdiyini bildirib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin