Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
27 İyul 2024
10:05 - 27 Mart 2024
ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə “qəssab” adlandırıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən danışıb.
O, çıxışında varlı vətəndaşlar üçün gəlir vergisinin 8,2%-dən 25%-ə qədər artırılması təşəbbüsündən bəhs edib. Onun sözlərinə görə, bu, yaxın 10 ildə büdcəyə yüz milyardlarla dollar cəlb etməyə imkan verərdi:
“Bu vəsaitlə nələr edə biləcəyimizi təsəvvür edin. Federal büdcə kəsrini əhəmiyyətli dərəcədə azalda bilərdik. Mütəmadi olaraq çox şey edə, eləcə də, nəhayət Ukraynanı qəssab Putindən qoruya bilərdik”.
Qeyd edək ki, Bayden bundan əvvəl də Putin barəsində qalmaqallı açıqlamalar verib. Belə ki, Ukraynada müharibə başlayandan sonra o, rusiyalı həmkarını “qatil”, “diktator”, “qəssab”, “hərbi cinayətkar” adlandırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin