Terrorçuların işgəncə görüntüləri niyə paylaşıldı? - 2 mühüm səbəb açıqlandı

10:52 - 27 Mart 2024

Terrorçuların işgəncə görüntüləri niyə paylaşıldı? - 2 mühüm səbəb açıqlandı

Xəbər veridiyimiz kimi, Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında terror aktı törədənlərdən 4 nəfərin dindirilmə zamanı işgəncə görüntüləri internetdə yayımlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, video və fotoların Rusiyanın təhlükəsizlik xidmətlərinə yaxın olduğu düşünülən şəxslər tərəfindən Telegram kanalları vasitəsilə yayıldığı düşünülür.

Analitiklər Rusiyanın bunu məhkəmədə bu qədər açıq şəkildə nümayiş etdirmək qərarının qisas əlaməti və potensial terrorçulara xəbərdarlıq olduğunu bildirib.

Rusiyanın İşgəncələrə Qarşı Komitə hüquq müdafiə təşkilatından Olqa Sadovskaya qeyd edib ki, Rusiyanın yaxın tarixində dövlət televiziyasında işgəncə videoları göstərilməyib. Sadovskaya bildirib ki, videoları yaymaqda 2 əsas məqsəd var. Birincisi, növbəti terror aktı planlaşdıracaq insanlara onların başına nələr gələ biləcəyini göstərmək, ikincisi isə bu terror aktında insanların çəkdiyi ağrının qisasının alındığını cəmiyyətə göstərməkdir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin