Lerikə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

13:59 - 27 Mart 2024

Lerikə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Lerikdə zəhərlənmə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.

 

TƏBİB-dən Manset.az-a verilən məlumata görə, 27.03.2024-cü il tarixdə saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Onlar vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin