Xocalı şəhərində Şəhidlər xiyabanı salınır

14:29 - 27 Mart 2024

Xocalı şəhərində Şəhidlər xiyabanı salınır

Xocalı şəhərində Şəhidlər xiyabanı salınır.

 

Manset.az xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq:

“Xocalı şəhərində Şəhidlər xiyabanı salınır. Həmin 7 nəfərin cənazəsi xiyabanda torpağa tapşırılaıcaq”.

Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi insan qalıqları aşkarlanıb.

Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə həyata keçirdiyi baxış-istintaq hərəkəti və aparılan müayinə nəticəsində aşkarlanan insan qalıqlarının ən azı 18 nəfərə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib:

(Xocalı rayon sakinləri)

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il

4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

(Xankəndi şəhər sakinləri)

6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

Akif Mahmudov martın 27-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub. //Report


Xəbər xətti

22 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin