Qarnından zərbə alan futbolçu meydanda dünyasını dəyişdi - VİDEO

16:37 - 27 Mart 2024

Qarnından zərbə alan futbolçu meydanda dünyasını dəyişdi - VİDEO

Əlcəzairdə həvəskarlar arasında keçirilən futbol matçı zamanı 17 yaşlı futbolçu Vassim Cazzar faciəvi şəkildə həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qarşılaşma zamanı o, rəqib müdafiəçi tərəfindən qarnından aldığı zərbə nəticəsində ağrıdan yerə yıxılıb.

Həmin an meydanda yaşanan çaxnaşma və təşviş bütün futbolçulara dərindən təsir edib.

Aldığı zərbə nəticəsində vəziyyəti pisləşən futbolçunu xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin