Bakıda qadın liftin qapısının arasında qalaraq ölübmüş

17:22 - 27 Mart 2024

Bakıda qadın liftin qapısının arasında qalaraq ölübmüş

Bakıda qadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Manset.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq aldığı xəsarətlər səbəbindən vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

15 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin