Bu ölkədə quyruqlu körpə dünyaya gəldi

18:11 - 27 Mart 2024

Bu ölkədə quyruqlu körpə dünyaya gəldi

Çində son dərəcə nadir rast gəlinən tibbi problemi olan körpə doğulub. 


Manset.az TGRT Haber-ə istinadən xəbər verir ki, körpə 10 santimetr uzunluğunda quyruqla doğulub.

Çinli pediatr Dr. Li Hançjou Uşaq Xəstəxanasında körpənin quyruqlu doğulduğunu təsdiqləyib. Dr. Li qeyri-adi quyruğun səbəbinin natamam degenerasiya ilə bağlı olduğunu bildirib.

Pediatr onurğa beyni maqnit rezonans görüntüləməsinin (MRT) daha sonra şübhələri təsdiqlədiyini söyləyərək əlavə edib: "Bağlı onurğa beyni, onurğa beyninin ətrafdakı toxumalara anormal şəkildə bağlandığı bir vəziyyətdir, adətən onurğanın bazasında yerləşir. Normalda onurğa beyni onurğa kanalı daxilində sərbəst şəkildə üzür, normal hərəkət və funksiyanı təmin edir. Ancaq onurğa beyni gərgin olduqda, bu hərəkət məhdudlaşdırılır və müxtəlif nevroloji problemlərə səbəb ola bilər".

Qeyd edək ki, bu, birinci oxşar hadisə deyil. Bundan əvvəl də Çində quyruqlu körpə doğulub. 2014-cü ildə beş aylıq dünyaya gələn Nuo Nuo onurğada boşluq buraxan anadangəlmə inkişaf qüsuru ilə doğulub. Doğulduqdan bir neçə gün sonra anası onun quyruğunun böyüməyə başladığını və uzunluğunun iki santimetrə çatdığını görüb.

Nuo Nuonun ailəsi Çinin Çanşa şəhərində cərrahlara müraciət edib, lakin həkimlər əməliyyatdan imtina ediblər. Onlara bildirilib ki, quyruq sinir sisteminə bağlı olduğu üçün uşaq üçün edə biləcəkləri heç bir şey yoxdur və onu çıxarmaq körpənin həyatı üçün təhlükədir.

Jalə

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin