Kütlənin sifarişi ilə formalaşan “SƏNƏT”: “ Mən də pul qazanmağı çox sevirəm, ancaq”

07:00 - 28 Mart 2024

Kütlənin sifarişi ilə formalaşan “SƏNƏT”: “ Mən də pul qazanmağı çox sevirəm, ancaq”

“Bir il, iki il, lap üç il sənət üçün çalış, sonra sən özün kütləni ardınca aparacaqsan”.

 

Manset.az Yenicag.az-a istinadən  xəbər verir ki, bu fikirləri müğənni Əminə Şirin qatıldığı verilişdə deyib.

Sənətçi kütlənin arxasınca qaçan həmkarları ilə bağlı qalmaqallı fikirlər səsləndirib:

“Mən özüm Vaqif Gərayzadə, Eldar Mansurovdan nələrisə eşidə-eşidə belə qənaətə gəldim ki, sənətkar olmaq istəyən, sənətkarlığa can atan şəxs kütlənin arxasınca getməməlidir. Əksinə, gütləni öz arxasınca aparmalıdır.

“Kütlə bu mahnıları istəyir”, – deyə özünü də bədbəxt günə salır, Azərbaycan musiqisini də… Sonra da üstündən müəyyən bir vaxt keçəndən sonra içi mən qarışıq, hamımız yaxşı sənətkar kimi tanınmağımızı istəyirik. Sən yaxşı sənətkar kimi tanınmaq üçün toy, kütlə arxasınca qaçmamalısan.

Mən də pul qazanmağı çox sevirəm, ancaq pul dalınca qaçan adam deyiləm. Bu işdə pul var, təcili olaraq bunu etməliyəm, demirəm. Əsla. Qoy bir il, iki il, lap üç il sənət üçün çalış, sonra sən özün kütləni ardınca aparacaqsan”.


Xəbər xətti

15 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin