“Neftçi”dən ayrılan hücumçu Norveç çempionu ilə anlaşdı

07:42 - 28 Mart 2024

“Neftçi”dən ayrılan hücumçu Norveç çempionu ilə anlaşdı

Qış fasiləsində “Neftçi” ilə yollarını ayıran Aaron Olanarenin yeni klubu bəlli olub.

 

Manset.az xəbər verir ki, nigeriyalı hücumçu Norveçin “Molde” komandasına keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, 30 yaşlı forvardla bu ilin sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Aaron Olanare mövsümün birinci yarısında “Neftçi”nin heyətində ümumilikdə 15 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin