Dərsdən qayıdan şagird bıçaqlandı

11:10 - 28 Mart 2024

Dərsdən qayıdan şagird bıçaqlandı

Şəmkir rayonunda məktəbli bıçaqlanıb.

 

Manset.az xəbər verir ki, rayonun Abbaslı kəndində 7-ci sinif şagirdi olan 2010-cu il təvəllüdlü oğlan bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hadisə martın 27-də yeniyetmə dərsdən çıxıb evə qayıdarkən baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən edilib: “Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü. Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.


Xəbər xətti

22 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin