Mərkəzi Bank uçot dərəcəsini azaltdı

11:25 - 28 Mart 2024

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

 

Manset.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-dən 8,5 %-ə endirilib.

“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib. Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyən edilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb” , - deyə AMB-nin qərarında vurğulanıb.

Bu qərar 29 martdan etibarən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il may ayının 1-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin