Oskar silləsi Uill Smitə baha başa gəldi - Vəqf bağlanmaq ərəfəsindədir

13:11 - 28 Mart 2024

Oskar silləsi Uill Smitə baha başa gəldi - Vəqf bağlanmaq ərəfəsindədir

2022-ci il Oskar mərasimində komediya ustası Kris Roka vurduğu sillə aktyor Uill Smitə baha başa gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktyorun həyat yoldaşı ilə birlikdə qurduğu "The Will And Jada Smith Family Foundation" adlı xeyriyyə cəmiyyəti ianələrin az olması səbəbindən bağlanmaq ərəfəsindədir.

Vergi bəyannamələri göstərir ki, hadisədən sonra ianələr azalıb və biznes tamamilə bağlanmaq mərhələsindədir. Vergi qeydlərinə görə, fondun gəliri 2020-ci ildə 1.760.000 dollar olub. 2021-ci ildə 2 milyon 138 min 660 dollar olan gəlir 2022-ci ildə 365 min 870 dollara düşüb.

Qeyd edək ki, hadisədən sonra Kino Sənətləri və Elmləri Akademiyası da Smitə Oskar qalalarına və Akademiyanın digər tədbirlərinə 10 il müddətinə qadağa qoyub.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin