29 yaşlı Kənan bacısının gözləri qarşısında öldürülübmüş

14:12 - 28 Mart 2024

29 yaşlı Kənan bacısının gözləri qarşısında öldürülübmüş

Qazaxda törədilmiş qətl hadisəsi ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ötən il noyabrın 22-si rayonun Qazaxbəyli kəndi Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin