BMT Baş katibi azərbaycanlı diplomata yüksək VƏZİFƏ VERDİ

21:33 - 28 Mart 2024

BMT Baş katibi azərbaycanlı diplomata yüksək VƏZİFƏ VERDİ

BMT Baş katibi Antoniu Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.

 

Manset.az  xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin