Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO

09:20 - 29 Mart 2024

Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO

Əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləməyə başlayıb.

Rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi ərzaq məhsulları üzrə 2,5 faiz artsa da, qeyri-ərzaq malları üzrə 5,2 faiz çoxalıb. Kompüterlər, telekommunikasiya avadanlıqlarının alınmasına çəkilən xərclər 32 faiz, yanacağa xərclənən pul isə 10 faiz artıb. İçkilər və tütün məmulatları üçün isə 2,2 faiz daha az vəsait sərf olunub.

Nəticədə əhalinin xərclərində ərzaq, içki və tütün məhsullarının payı azalıb.

Maraqlıdır, qeyri-ərzaq məhsulları üzrə xərclərin daha çox artmasına səbəb nədir?

Manset.az-ın məlumatına görə, iqtisadçı Rəşad Həsənov deyib ki, əhalinin içki və tütün məmulatlarının alışını azaltması onların bahalaşması ilə bağlıdır:

“İnflyasiya səviyyəsi nisbətən zəifləyib və ərzaq məhsullarında bu, daha kəskin şəkildə özünü göstərir. Belə bir şəraitdə əhalinin qeyri-ərzaq məhsullarına ayıracağı vəsaitin həcmi artır, imkanlar nisbətən genişlənir. İkincisi, ölkədən quru sərhədləri ilə səyahət edənlərin sayının kəskin azalması daxili bazarda telekommunikasiya, elektron avadanlıqlara tələbi artırır”.

Yanacaq xərclərinin çoxalması isə daxili turistik səfərlərin artması ilə əlaqələndirilir. Ekspert bildirib ki, bu sahələrdə dövriyyələrin leqallaşdırılması statistik göstəricilərə təsirsiz ötüşmür.

Ətraflı Baku TV-nin süjetində:


Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin