Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir

12:02 - 29 Mart 2024

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə beş ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə beş ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Dəyişikliyin 2024-cü il iyunun 1-dən qüvvəyə minməsi təklif olunur.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin