Daha bir qanunsuz tikili söküldü - VİDEO

12:42 - 29 Mart 2024

Daha bir qanunsuz tikili söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Manset.az xəbər verir ki, bu çərçivədə Tovuz şəhəri ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Tovuz Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin