“Azərbaycan və Ermənistan sülhə yaxındır” - Hikmət Hacıyev

16:57 - 29 Mart 2024

“Azərbaycan və Ermənistan sülhə yaxındır” - Hikmət Hacıyev

“Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna maneə olurlar”. 

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.

Lakin onun fikrincə, bu vəziyyətə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməli, ərazi bütövlüyünü və suverenliyini bərpa etməli oldu: 

“Azərbaycan həqiqətən də bunu etməyə məcbur idi, çünki biz ikili standartlarla, xarici hərbi təcavüz və hərbi işğal siyasətinə bəraət qazandırmaqla yanaşı, separatizmin təşviqi ilə də üzləşmişdik. Yenə də hər bir ölkə kimi bu, Azərbaycan üçün də qəbuledilməz idi”. 

“Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub", - Prezidentin köməkçisi vurğulayıb. 

“Biz (Azərbaycan və Ermənistan) sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur. Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir”, - o bildirib. 

H.Hacıyevin fikrincə, Bakı və İrəvan qarşıdurma səhifəsini çevirib irəli getməli, həmçinin sülh sazişinə görə məsuliyyəti gücləndirməlidir:

“Ola bilsin ki, bu, uzun proses olacaq”. 

O, həmçinin qeyd edib ki, Azərbaycanın hədəfi Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdir. 


Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin