Azərbaycan BMT ilə bu məsələləri müzakirə etdi

18:30 - 29 Mart 2024

Azərbaycan BMT ilə bu məsələləri müzakirə etdi

Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivlərini müzakirə edib.

 

Manset.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, müzakirələr BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə keçirilən görüşdə aparılıb:

“Görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik. Dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı potensial tərəfdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb".


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin