Liftdə təhlükəsizlik necə təmin olunmalıdır?

22:12 - 29 Mart 2024

Liftdə təhlükəsizlik necə təmin olunmalıdır?

Mart ayının 26-da Bakıda qadın liftin qapıları arasında qalaraq ölüb. Belə hadisələr binalarda lift mövzusunu gündəmə gətirir.

 

Ümumiyyətlə liftdə təhlükəsizlik necə təmin olunmalıdır?

Manset.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, liftlərdə mütləq təhlükəsizlik məsələsi ön planda olmalıdır.

"Ümumiyyətlə lift harda quraşdırılıbsa, mütləq onun təhlükəsizlik istismarına nəzarət edən şəxs olmalıdır. Liftdə hər hansı nasazlıq yaranarsa, texniki xidmətin göstərilməsi, dövrü xidmətlərin göstərilməsi, liftin quraşdırılması, montajı, bütün bunlar akkreditasiyanı keçmiş, ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Bununla bağlı lift harda quraşdırılıbsa, həmin müəssisə ilə akkreditasiyanı keçmiş müəssisə xidməti müqavilə bağlayır və müqavilə əsasında bu həyata keçirilməlidir", - o deyib.

Ekspert qeyd edib ki, əgər liftdə hər hansı bir nasazlıq varsa, o liftin istismarı dayandırılmalıdır.

"Nasazlıq aradan qaldırılıqdan sonra liftin istismarı həyata keçirilməlidir. Nasazlıq normadan artıq yüklənmə olduqda, ya hansısa avandanlığının, qurğusunun detalları sıradan çıxma səbəbindən liftlərdə qəzalar baş verə bilir. Ona göre liftlərdə mütləq istismar müddətinin tələblərinə ciddi riayət etmək lazımdır. Yəni ki , vaxtında dəyişilməli olan, sıradan çıxmış detalları mütləq vaxtı-vaxtında dəyişilməlidir, liftlərin normadan artıq yüklənməməsinə riayət etmək lazımdır. Yəni liftin qırılıb, şaxtaya düşmə halı çox az nadir hallarda baş verir. Çünki müasir liftlərin hər birində ikili sığorta sistemi mövcuddur ki, əyləc sistemi, trosun biri qirildiqda əyləc sistemi işə düşür, liftin sürəti artarsa avtomatik olaraq əyləc sistemi işə düşür. Bu da liftin şaxtaya düşməsinin qarşısını alır. Bu hal köhnə liftlərdə real görünə bilər, amma müasir liftlərdə çox az nadir hallarda baş verir", - deyə o, qeyd edib.

Qeyd edək ki, son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı olan liftlərlə əvəz edilib və növbəti mərhələdə 744 yeni liftin alınaraq quraşdırılması nəzərdə tutulub.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin