9 aylıq uşaq nəfəs çatışmazlığından ÖLDÜ

11:09 - 30 Mart 2024

9 aylıq uşaq nəfəs çatışmazlığından ÖLDÜ

Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb.

 

Manset.az xəbər verir ki, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023) Rzayeva Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi deyilir.

Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya pnevmaniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur.

Uşağın meyiti hazırda müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır. (Apa)


Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin