DİN saxta kriptovalyuta ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

15:59 - 30 Mart 2024

DİN saxta kriptovalyuta ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

Saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb.

"Təkcə dünən bir neçə vətəndaşımıza dəyən ziyanın miqdarı 20000 manata yaxındır. Cinayətkar şəxslər və ya qruplar “onlayn valyutadəyişmə məntəqələri” yaratmaqla valyuta məzənnələrini şişirdərək diqqəti cəlb edir, saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini kütləvi formada talayırlar. Elektron dövriyyədə bu mübadilə real görünsə də, əslində saxta səhifələr üzərindən idarə edilir, hansısa birja, maliyyə, bank əlaqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq vətəndaşları diqqətli olmağa, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyə çağırırıq", - deyə DİN rəsmisi vurğulayıb.


Xəbər xətti

22 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin