Könül Xasıyevanın adından dələduzluq - Foto

00:16 - 31 Mart 2024

Könül Xasıyevanın adından dələduzluq - Foto

Xalq artisti Könül Xasıyevanın adından dələduzluq edilib.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda sosial media hesabında paylaşıb. O, konsertinə dəstək məqsədi ilə bəzi şəxslərdən pul yığıldığını vurğulayıb.

"Əziz muğam sevər xalqımız, bizdə (ansabl olaraq) olan məlumata görə, bəzi "insan"lar konsertimiz öncəsi bizim adımızdan istifadə edib, guya "konsertə dəstək məqsədi ilə" müəyyən şəxslərdən pul qoparırlar. Belə "insan"lara inanmamağı xahiş edirik" deyə, müraciətdə yazılıb.

Qeyd edək ki, K.Xasiyeva iyunun 5-də Heydər Əliyev Sarayında "Ana" adlı solo konsert verməyə hazırlaşır.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin