Jurnalistlər ABŞ prezidentinin təyyarəsindən oğurluq ediblər

09:16 - 31 Mart 2024

Jurnalistlər ABŞ prezidentinin təyyarəsindən oğurluq ediblər

ABŞ Prezidenti Co Baydenin təyyarəsində uçan jurnalistlər oğurluq ediblər.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, bu günlərdə Ağ Evdə İşləyən Jurnalistlər Assosiasiyasına bir məktub daxil olub. Məktubda jurnalistlərin ciddi şəkildə nizam-intizama əməl etməsi tələb edilib.

Məktubda bildirilir ki, son vaxtlar Prezident Co Baydenin təyyarəsinin jurnalistlərə aid bölməsində oğurluq halları artıb. Baydeni hər səfərdə 13 jurnalist müşayiət edir. Onlara təyyarədə yeməkdən əlavə prezidentin imzası olan suvenirlər də hədiyyə edilir.

Bəzən aeroportda jurnalistlərin baqajını yoxlayarkən dövlət təyyarəsinə aid qab-qacaq aşkar edilir.

“Politico” yazır ki, tanınmış redaktorlardan biri bu yaxınlarda dostlarına verdiyi qonaqlıqda təyyarədən oğurladığı boşqablardan istifadə edib. Oğurlanmış boşqabların sayı o qədər çox olub ki, bütün qonaqlara kifayət edib.


Xəbər xətti

21 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin