İsrailin şimalı atəşə tutuldu

16:42 - 31 Mart 2024

İsrailin şimalı atəşə tutuldu

İsrailin şimal bölgələri Livandan atəşə tutulub, nəticədə bir əsgər yaralanıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son saatlarda Livan ərazisindən mərmilər ölkənin şimalında yerləşən Marqaliot və Malkiya yaşayış məntəqələri yaxınlığına düşüb.

Bundan əlavə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda "Hizbullah" silahlı qüvvələrinin infrastrukturuna hücum edib. Əl-Xiyam və Rab-Taliatin yaşayış məntəqələrinin əraziləri vurulub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin