Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Azərbaycana səfər edəcək

22:19 - 31 Mart 2024

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Azərbaycana səfər edəcək

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək.

 

Manset.az  xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq.

Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin